Ostexondrozun orqanizmə zərəri – Əməliyyata kimi çatmamaq üçün nə etməli?

  • 2018.11.21 20:46
  • 16176 Baxış
Ostexondrozun orqanizmə zərəri –  Əməliyyata kimi çatmamaq üçün nə etməli?
Ostexondroz onurğa sütununda maddələr mübadiləsi və qan dövranının pozulmasıdır. Ostexondrozun ən ilkin mərhələsində belə fəqərələr arası disklər möhkəmliyini və elastikliyini itirir. Disklər arasındakı hündürlük artır. Fibroz halqa zəifləyir, çatlayır. Əgər bu halqa dağısa, yırtıq əmələ gəlir. 


Medicina.az Ostexondrozun yaranma səbəblərini təqdim edir:


-Zədələr, travmalar, anadangəlmə qüsurlar

-Irsi meyillik, nəsil faktoru

-Maddələr mübadiləsi pozulması, artıq çəki, piylənmə

-İnfeksiyalar

-Orqanizmin yaşlanması


- Idman və ağır işlə əlaqədar ağırlır və yük düşməsi

-Kimyəvi, toksiki maddələr

-Yastıayaqlılıq

-Skolioz, yeriş, qamət əyriliyi


Ostexondrozu artıran faktorlar:


-Düzgün qidalanmamaq

-Kompüter və sükan arxasında çox olmaq

-Siqaret

-Idman zalında çox məşğul olmaq

-Bədənin kəskin soyuması

-Hündür daban ayaqqabı

-Daimi stress

-Qeyri-düzgün yataq


Ostexondrozun 3 növü var:


-Bel nahiyənin ostexondrozu

-Boyun ostexondrozu

-Döş qəfəsi ostexondro

 

zu


Sizdə ostexondroz olduğunu göstərən əlamətlər:


-Daim kəsici, basıcı, küt ağrı

-İş gördükdə, hərəkət etdikdə, ağırlıq qaldırdıqda ağrı

-Ağrı çanağa, ayaqlara, biləyə verir

-Ayaqların hissiyatının pozulması, keyləşməsi


-Boyun ostexondrozunda baş ağrısı, başı döndərəndə kəskinləşir

-Kəskin baş çevirməsində baş gicəllənmə

-əllərdə, çiyinlərdə ağrı

-Gözlərin önündə sanki ləkə

-Görmənin və eşitmənin pisləşməsi

-Səsin dəyişməsi, dilin keyiməsi


-Döş qəfəsi ostexondrozunda dərindən nəfəs alıb verəndə ağrı

-Dəridə sanki qarışqa gəzməsi, keyimə

-Ayaqların buzlaması

-Qabırğalararası ağrı


-Tutma şəkilli qəfil sancı

-Sanki sinənin üzərində ağır daş olması hissi


Ostexondrozun fəsadları



  • Vaxtında aşkar edib, müalicə olunmadıqda ciddi fəsadlar və yanaşı xəstəliklərə səbəb olur: protruziya, yırtıq, radikulit, onurğa beynin zədələnməsi, bədənin kelyəşməsi, müəyyən sahələrin iflici və s. 


  • İnfakr və insult riski artır.

  • Hipertoniya və hipotoniya yaranır. 



Döş qəfəsindəki ostexondroz ürək, mədə, bağırsaq, qaraciyər, mədəaltı vəz, qalxanvari vəz problemləri yaradır. 

Beldə ostexondroz qadınlarda sonsuzluğa, kişilərdə impotensiyaya gətirib çıxarır. 

Boyun ostexondrozunun ən təhlükəli məqamı onurğa arteriyalarını sıxmasıdır. BU zaman beynin qidalanması pozulur. Qan dövranı zəifləyir. Görmə,eşitmə, kordinasiya pozulur. Sonu hətta letal ola bilər.


Ona görə ostexondrozun müalicəsi cərrahi yox, konservativ olduğu üçün ağrıkəsici olmadan düzgün diaqnoz və bioloji təbabət metodları, bioloji dərmanlarla və fizioterapiya müalicəsi üçün qısa müddətdə yüksək müalicə effektləri alan Bioloji Təbabət klinikasının terapevt-osteatı Əli 

Əlizadəyə müraciət edə bilərsiz.


İstər uşaq, istər böyüklərdə ostexondrozu daha zərərsiz və asan metodla müalicə edir

3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Ostexondrozun orqanizmə zərəri –  Əməliyyata kimi çatmamaq üçün nə etməli?