Ötən ay qidadan 11 nəfər zəhərlənib

  • 2019.04.12 12:43
  • 6691 Baxış
Ötən ay qidadan 11 nəfər zəhərlənib

"2019-cu ilin mart ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 1316 müraciət daxil olub”.


Bu barədə Medicina.az-a AQTA-dan verilən açıqlamada qeyd olunub. Məlumatda bildirilir ki, həmin müraciətlər icra üçün Agentliyin müvafiq şöbələrinə təqdim edilib: "Qida zəhərlənmələri ilə bağlı Agentliyə 28 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib”.