Otolarinqoloqlarımız VII Otoloji və Audiologiya Konqresində - FOTO

  • 2026.04.27 21:15
  • 111 Baxış
Otolarinqoloqlarımız VII Otoloji və Audiologiya Konqresində -  FOTO

ATU-nun Qulaq-burun-boğaz kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının otolarinqologiya şöbəsinin cərrahı, professor Vəfa Pənahian və dosent Sara Ağalar VII Otoloji və Audiologiya Konqresində iştirak ediblər.

Medicina.az xəbər verir ki, konqres çərçivəsində professor Vəfa Pənahian “Hərtərəfli eşitmə itkisi” mövzusunda keçirilən sessiyada moderator kimi çıxış edib. Dosent Sara Ağalar isə “A-dan Z-yə mastoidektomiya” panelində “Mastoidektomiya ağırlaşmaları və atipik hallar” mövzusunda məruzə ilə çıxış edib.



Konqresin sonunda beynəlxalq iştirakçılara, təşkilat komitəsinin üzvlərinə, eləcə də ATU Tədris Cərrahiyyə Klinikası adından qatılan nümayəndələrə plaket təqdim olunub.
VII Otoloji və Audiologiya Konqresi İstanbul Yeni Yüzyıl Universitetinin Tibb Fakültəsi və Səhiyyə Xidmətləri Peşə Məktəbinin Audiometriya Proqramı tərəfindən təşkil olunub. Tədbir 18–19 aprel 2026-cı il tarixlərində Hotel Eresin Topkapıdə milli və beynəlxalq iştirakla keçirilib.



Konqresdə eşitmə və balans elmləri sahəsində son yeniliklər müzakirə olunub, diaqnostika, reabilitasiya, klinik yanaşmalar və innovativ tətbiqlərlə bağlı elmi sessiyalar təşkil edilib. Həmçinin virtual reallıq tətbiqləri, eşitmə və musiqi qavrayışı testləri, fHIT tətbiqləri və səs terapiyası üzrə praktiki kurslar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



Yüksək iştirakçılıq və elmi müzakirələrlə yadda qalan konqres bir daha sahənin inkişafına töhfə verən mühüm platforma olduğunu nümayiş etdirib.