Oturaq sinirin xəstəliyi: İŞİAS – Bütün ayağa yayılan ağrı

  • 2020.11.16 17:15
  • 12276 Baxış
Oturaq sinirin xəstəliyi: İŞİAS  – Bütün ayağa yayılan ağrı

İşias – oturaq sinirin iltihabi xəstəliyi, nevralgiyası olub, bu gün oturaq işdə çalışan hər bir kəsi yaxalayır.
Bel və budda başlayan ağrılar bütün ayağa yayılır.

Oturaq sinirin sıxılması nəticəsində ağrı armudvari əzələyə də təsir edir. Daha çox belin aşağısında, yanda, budda, budun aşağı çökəyində yandırıcı ağrı, göynəmə olur.


Daha çox oturaq işdə, ofis işçiləri, sürücülər, idmançılar, hamilələr, onurğa problemi olanlarda rast gəlinir.

Diaqnostika nevroloq və ya ağrı mütəxəssisi tərəfindən aparılır.

- Xəstənin şikayətləri

- Rentgen, MRT
- Onurğanın, əzələnin, bud hissənin müayinəsi
- Reflekslərin yoxlanması
- Bəzi laborator analizlər – qan, sidik
- USM müayinə

• Müalicəsi:

• Hazırda işiasın 2 tibbi müaicəsi var:
1. Konservativ
2. Cərrahi

• eləcə də xəstəyə manual terapiya, LFK, fizioterapiya, iynəbatırma, masaj, bəzi mazlar, xalq təbabəti vasitələri, aplikatorlar, banka masajı da tətbiq oluna bilər

• Qidadan yağlı, istiotlu, soyuq, qızardışmış yeməklər, qazlı işkilər çıxarılmalıdır
Yerli çəkmək üçün Ketonal, Finalqon, Voltaren, Fastum gel kimi mazlar çəkilə bilər.

Sinirlərin keçiriciliyini bərpa etmək üçün B qrup vitaminlər inyeksiya olunur