Oynaq ağrılarından əziyyət çəkən xalq artistinə - Kök hüceyrə köçürüldü

  • 2021.05.18 16:05
  • 1753 Baxış
Oynaq ağrılarından əziyyət çəkən xalq artistinə -  Kök hüceyrə köçürüldü
Xalq artisti Afaq Bəşirqızının oynaq və onurğasına kök hüceyrə köçürülməsi əməliyyatı icra edilib.

Medicina.az xəbər verir ki, 1 ay öncə Bakıda RegenStem Centerin rəhbəri, kök hüceyrə uzmanı Sevinc Heydərovanın müayinəsində olan Afaq Bəşirqızını dəhşətli ağrılardan xilas etmək üçün kök hüceyrə müalicəsi tətbiq edilmişdi.

Onun bud-çanaq oynağına, boyun və bel nahiyələrinə kök hüceyrə köçürülüb.

Xalq artirsi illərdir ağır dərəcəli oynaq artrozu, koksartrozdan əziyyət çəkirdi, bir neçə dəfə oynaq və onurğasından əməliyyat edilməsinə baxmayaraq, müalicəsi fayda verməmişdi.

Kök hüceyrə köçürülməsindən 1 ay keçməsinə baxmayaraq o, ağrıların azaldığını deyərək, müalicədən məmnunluğunu bildirib.