Oynaq çürüməsi nədir? - Əməliyyatsız müalicəsi

  • 2020.12.16 16:19
  • 4407 Baxış
Oynaq çürüməsi nədir?  - Əməliyyatsız müalicəsi


Avaskulyar nekroz bu günə qədər də tibbdə mülaicəsində ən ümidsiz diaqnozlardan biridir. Əvvəllər yaşlı insanlarda rast gəlinirdi, indi isə xəstəlik 25-30 yaşlı, daha çox kişiləri qəfil yaxalayır. Əslində, oynaq başının nekrozu birdən başlamır, illərlə davam edir, gizli gedir.


Medicina.az oynaq başı çürüməsinin mülalicəsində əməlliyyatsız və daha effektiv metod barədə məlumatı təqdim edir.



Oynaqlarda çürümə – istənilən oynaq başında, daha çox iri oynaqlarda rast gəlinir. Az hallarda çiyin oynağında rast gəlinir.

Bud oynağını qidalandıran arteriya damarında baş vermiş daralma, zədələnmə, tutulma, qırılma nəticəsində bu oynaqların yegamə qidalanma mənbəyi kəsilir, zəfləyir, oynaq qanla qidalanmır və onda el dilində desək qaralma başlayır. Oynağın normal strukturu çürüyür.


İlk vaxtlarda xəstə bunu hiss etmir, amma bir neçə il keçdikdən sonra ağrılar başlayı Çox zaman iinsanlar artroz, revmatizmdən şübhələnirlər, müxtəlif həkimlərə gedir, ağrıkəsicilər vururlar.
Təsadüfi müayinə nəticəsində və ya düzgün mütəxəssisə getdildə oynaq başı MRT olunarsa, nekroz aşkarlanır.


Artıq Azərbaycanda 30 yaşında da oynaq başı nekrozundan əziyət çəkən kişi və qadınlara rast gəlinir. Bunun da öz obyektiv səbəbləri var.

Gənc insanlar bu ağrılara ciddi yanaşmır, əzələ, sümük ağrısı ilə səhv salır. Həkimə illərlə yubanırlar.





Oynaq nekrozunun yaranma səbəbləri. Kimlər risk aıtındadır?


- Böyrək xəstəliklər olan insanlarda

- Çox ağır travma, qəza alanlarda

- Qəfildən bud, çanaq üzərinə yıxılma nəticəsində


- Vərdişi, anadangəlmə oynaq çıxıqları olanlarda

- Uzun müddət hormonal dərmanlar dərmanlar qəbul ediləndə

Revmatizm, dağınıq skleroz, revmatoid poliartrit xəstələrində müəyyən dövrdən sonra oynaq başı nekrozlaşa bilər.


- Alkoqol qəbul edənlərdə, içki aludəçilərində
- Zərərli vərdişlər, zərərli qidalanma



Bud çanaq oynaqları çox həssasdır, asanlıqla zədələnə, arteriyası zədələnə bilər.


Diaqnoz və müalicə

Əslində bud çanaq oynağı nekrozları ilə travmatoloqlar bu günə kimi məşğul olurdu. Onlar oynaq çürüməsində istənilən halda əməliyyat və protezlənmə, süni oynaq tövsiyə olunur. Xəstənin bundan başqa çarəsi olmadığı deyilir.

Lakin bir neçə lldir ki, dünyada, Türkiyədə, eləcə də Azərbaycanda yeni kök hüceyrə metodikası ilə oynaq başı çürüməsinin müalicəsi və bərpası həyata keçirilir və xəstələr əməliyyatsız daha asan xilas olunur.


Diaqnoz üçün siz Kök hüceyrə mərkəzinə gedib, mütəxəssisin müayinəsindən keçir, rentgen və ya MRT olunur, daha sonra xəstənin öz qarın yağlarından kök hüceyrə alınaraq, işlənilir. Əməliyyatxanada cəmi bir saat ərzində hazırlanmış kök hüceyrə hər iki oynağa köçürülür. Xəstə bu zaman sedasiya altında olur və heç bir şey hiss etmir.

Xəstə klinikada qalmadan evə göndərilir və bir müddət yataq rejiminə əməl edir.
Kök hüceyrə oynaqda yerini alır və orda nekroz olan hissənin hüceyrələrini bərpa edir.
Kök hüceyrə oynaq qığırdağını qidalandırır.


Yadda saxlayın ki, oynaqda nekroz diaqnozu varsa onu heç bir dərman, xaricdən təsir, masaj, aparat, nevroloji dərmanlar, hormonlar və s ilə müalicə etmək mümkün deyil. Xəstə yalnız vaxt itirir və həkimin də, müalicənin də işini çətinləşdiirr. Əgər oynaq ilkin mərhələdə nekrozlaşanda və ya çürüməyə başlayanda müraciət olunsa, qısa müddətə tam sağalır.


Əgər sizə avoskulyar nekroz diaqnozu qoyulubsa və travmatoloq əməliyyat deyirsə, əməliyyat qərarından öncə bir kök hüceyrəyə üz tutun. Çünki böyuk ehtimalla siz bu problemdən əməliyyatsız qurtula bilərsiniz.
Süni oynaq protezi qoymağa tələsməyin, bu həmişə mümkündür və ən son variantdır!


Hara müraciət etməli:

Bakıda əsas kök hüceyrə mərkəzi

RegenStem Mərkəzi
Kök hüceyrə mütəxəssisi, uzman Sevinc Heydərova

Əlaqə telefonu:

050 309 77 87