- Problemi bir az da dərinləşdirirsiniz!Oynaqların 4 düşməni

  • 2019.02.01 09:50
  • 12126 Baxış
 - Problemi bir az da dərinləşdirirsiniz! Oynaqların 4 düşməni

Osteoartrit yaşlı insanların xəstəliyi sayılsa da, son illərdə orta yaş qrupu insanlarda belə rast gəlinir. Bunun əsas səbəbi isə gənc yaşda insanlarda piylənmənin yaranmasıdır. Yaşın artması, qadın olmaq və genetik faktorlar oynaq xəstəliklərinin yaranmasında aradan qaldırılması mümkün olmayan təsirlərdəndir. Ancaq bəzi amillər var ki, onların qarşısını almaqla oynaqların zədələnməsinə əngəl olmaq mümkündür. 


Medicina.az sizə həmin amilləri təqdim edir: 


Piylənmə

 

Artıq çəki oynaqların ən böyük düşmənidir. Hər artıq bir kiloqram oynaqlara 4-6 kilo kimi təsirini göstərir. Artıq çəki səbəbindən oynaqlarda yerləşən qığırdaqlar zədələnir. Buna görə də oynaqların sağlam olması üçün arıqlamaq ən yaxşı çıxış yoludur. 


Az hərəkətli həyat tərzi 


Az hərəkətli həyat tərzi keçirmək bu xəstəliyin səbəblərindəndir. Çünki hərəkətsizlik səbəbindən oynaqların zəifləməsi baş verir. Bunun nəticəsində oynaqlara kömək olan bağlar öz funksiyalarını yerinə yetirə bilmədiyinə görə, problem daha da artır. Buna görə də gün ərzində kifayət qədər hərəkət etmək lazmıdır. 


Oynaqlara kontrolsuz təzyiq etmək 


İdman etmək sağlamlıq üçün çox faydalıdır. Ancaq çanaq, diz, kürək kimi oynaqlar həddən artıq yükləyən idman növləri əksinə olaraq oynaqlara zərər verə bilər. 

 

Ağrı olmasına baxmayaraq hərəkətə davam etmək 


Oynaqlara ən çox zərər verən hərəkətlərdən biri də ağrımasına baxmayaraq hərəkətə davam etməkdir. Ağrı oynağın zədələnməsinə işarə edir. Buna görə də oynaqlarda hər hansı bir narahatlıq hiss etdikdə bir müddət istirahət etmək lazımdır.

 

Arzu

Medicina.az