Özbəkistan və Qırğızıstanda koronavirusa yoluxanların sayı artdı

  • 2020.04.05 11:20
  • 2192 Baxış
Özbəkistan və Qırğızıstanda   koronavirusa yoluxanların sayı artdı
Özbəkistanda daha 32 yeni növ koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 298 nəfər çatıb.


Qeyd edək ki, Özbəkistanda koronavirusdan 2 nəfər dünyasını dəyişib, 25 nəfər isə sağalıb.

Qırğızıstanda koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 150-ə çatır.

Bu barədə RİA “Novosti”yə respublikanın COVID-19-la mübarizə üzrə qərargahından xəbər verilib.

"5 aprel 2020-ci ildə respublika üzrə COVID-19-a yoluxma ilə bağlı 3 yeni hal təsdiq edilib", - deyə qərargahın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni yoluxma hallarının hamısı Bişkekdə aşkarlanıb.

Beləliklə, hazırda Qırğızıstanda koronavirusa 147 yoluxma qeydə alınıb. Xəstələrdən beşi ağır vəziyyətdədir.

Qeyd edək ki, ölkədə bir nəfər infeksiyanın qurbanı olub.