"Özümü binadan atıb, intihar etmək istəyirdim"- "Toppuş bacı" arıqlamağına görə peşman oldu

  • 2020.05.11 14:54
  • 2103 Baxış
"Özümü binadan atıb, intihar etmək istəyirdim" - "Toppuş bacı" arıqlamağına görə  peşman oldu


"Niyə bu illərimi itirdim? Çox heyif... Şarmım, gözəlliyim, hər şeyim köklüyümlə getdi. Elə bil insanların, televiziyaların mənə olan ehtiyacı onunla bitdi".


Medicina.az axşam.az istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Söhbət var" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa yaşadıqlarından bəhs edib. O, arıqlamaq üçün əziyyət çəkməsinə peşman olduğunu etiraf edib:

"Bəzi məqamlar var ki, insanın yaddaşından heç vaxt getmir. Saçlarımı qısa kəsdirdim və hörük etdirdim. Dedilər üç-dörd gün gedəcək. Səhər durdum ki, hörüklər yastığımdadır. Yoldaşıma dedim ki, keçəl olsam pis olmazsan? Dedi yox. Getdim kimyaterapiya aldım, qayıdanda gördüm ki, Röyal başını keçəl edib. Qızım üç gün depressiyaya düşdü. Hər gün soruşurdu ki, saçınız hanı?

Ağır bir dönəmlərdən keçdim. Səkkizinci mərtəbədə yaşayıram, çıxırdım eyvana ki, özümü atım. Deyirdim, at özünü, bəsdir... Ayağımı qaldırırdım, sonra qışqırırdım ki, Röyal gəl ayağımı aşağı sal. Çünki ayağımı aşağı salmaq gücündə deyildim".