Özünü bədbəxt hiss etmək insanı tez qocaldır

  • 2022.09.29 14:24
  • 597 Baxış
Özünü bədbəxt hiss etmək insanı tez qocaldır
Alimlər qocalığı sürətləndirən psixi və fikri amilləri açıqlayıb.

Özünü bədbəxt hiss etmək erkən qocalmanı siqaretdən daha çox sürətləndirə bilər.


"Medicina" xəbər verir ki, tədqiqatçılar 11 mindən artıq yetkin insanda tənhalıq, narahat yuxu və ya narazılıq hisslərinin qocalma sürətinə təsirini ölçüblər. Məlum olub ki, adıçəkilən psixoloji faktorlar bioloji yaşa 1,65 yaş əlavə edir.


Bu göstərici isə yaşayış sahəsinin, tibbi xidmətlərdən istifadə imkanının, ailə vəziyyətinin və siqaretin qocalmağa təsirini üstələyir.

Alimlər bu qənaətə gəliblər ki, istənilən qocalma əleyhinə terapiya təkcə fiziki deyil, həm də psixi sağlamlığa yönəlməlidir.

Aygün Musayeva