Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı - FOTO

  • 2025.10.22 08:45
  • 194 Baxış
Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı -  FOTO

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes” markalı avtomobil “Azərenerji” ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb.

“Qafqazinfo”nun xəbərinə görə, “Mercedes” markalı avtomobili yolu keçən Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonunun Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğlunu vurub.

Hadisəni eşidən Anar Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.

Qəzada ölən “AzərEnerji” əməkdaşı və atasının fotosunu təqdim edirik: