Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü təcrid sağlamlığa təhlükə yarada bilər

  • 2020.03.27 14:28
  • 2474 Baxış
Özünü təcrid sağlamlığa təhlükə yarada bilər

Rusiya Səhiyyə Nazirliyinin baş sərbəst qidalanma mütəxəssisi Viktor Tutesan insanlara müraciət edib.

O bildirib ki, koronavirus pandemiyası səbəbindən insanlar özlərini təcrid etmək məcburiyyətindədir.


Buna görə də hər kəsin pəhrizə diqqət yetirməsinin və kalorili dəyərini ən az 200 kkal azaltmaq lazım gəldiyini vurğulayıb.

“İzolyasiya rejiminə keçəndə daha az hərəkət etməyə başlayırıq (ofisə getmirik, nahar üçün bir yerə çıxmırıq) və daha çox yemək yeyirik (soyuducu yaxınlıqdadır – bu bir imtahandır!).

Artıq çəki və fiziki hərəkətsizlik tənəffüs yolu infeksiyaları,virus üçün “əla” bir yerdir. Ümumiyyətlə həkimlər hal-hazırda karantin rejimində insanların pəhrizindən çox narahatdırlar. Mağazalarda ilk növbədə taxıl və makaron məhsulları olan rəflər boşdur ki, bu məhsullar da bol karbohidratdır.

Bununla bərabər Beynəlxalq İstehlakçı Cəmiyyətlər Konfederasiyasının idarə heyətinin sədri Dmitri Yanin də spirt istehsalı və istifadəsinin artacağını proqnozlaşdırır.

Həkimlər isə xəbərdarlıq edir : gündəlik menyuda yüksək dozalı spirt məhsulları və un məmulatlarının üstünlük təşkil etməsi də sağlamlıq üçün təhlükəli ola bilər.

Stresdən sıxılmamaq, bu səbəbdən hər gün alkaqol qəbul etməmək, səhər idmanı və yüngül kardio məşqlər etmək, menyuda meyvə və tərəvəzləri bol etməyi məsləhət görürlər.