"Özünü yalandan reklam edib, blogerlik edən həkimlərə inanmıram" - Aparıcıdan tənqid

  • 24 Noy 2021 17:17
  • 749 Baxış
"Özünü yalandan reklam edib, blogerlik edən həkimlərə inanmıram" -  Aparıcıdan tənqid
"Özünü yalandan reklam edib, blogerliklə məşğul olan həkimlərimizin evini, evindəki əşyanın haradan götürülüb hara qoyulduğundan belə xəbərimiz var. Amma peşəsindən, nə etməsindən xəbərimiz yoxdur".


Medicina.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı instaqramda canlı yayımda həkimləri tənqid edərək deyib.

"Efirlərdə özünü reklam edən həkimlərə inanmıram. Pullarını verib məşhurlaşırlar. İçərisində güclüləri də var. Ona görə də indi seçim etmək çətindir. Elə həkimlər var ki, onların heç bir yerdə nə reklamı var, nə də bütün günü efirdədilər. Canımız ağrıyanda elə həkimlərə gedirik. Efirdə şou göstərən həkimlərə getmirik".