Palma yağının tərkibindəki maddə bədəndə metastazları artırır

  • 2021.12.08 17:02
  • 1904 Baxış
Palma yağının tərkibindəki maddə bədəndə metastazları artırır


Alimlər xərçəng şişlərinin metastaz verməsində bəzi bitki yağları, əsasən də palma yağının tərkibindəki palmitin turşusunun rolunu aşkar ediblər.


Medicina.az xəbər verir ki, siçanlar üzərində təcrübə göstərib ki, bu turşu metastazları aktivləşdirir. Palmitin turşusu palma və digər bitki yağlarında rast gəlinir.


“Bizim tədqiqat göstərir ki, əgər onkoloji xəstənin qidasında palma yağı və bəzi bitki yağları olmazsa, bu metastazların böyüməsinin qarşısını ala bilər” – deyə müəlliflər qeyd edir.

Professor Aznar Benita bildirib ki, mutasiyaların böyüməsi təkcə şiş hüceyrələrinin kənara qaçması, sıçraması ilə bağlı deyil, həm də pasiyentin orqanizmdə müəyyən yağ molekullarına bağlıdır.

Yağlı qida, xüsusən palma yağı siçanlarda metastazların böyüməsini sürətləndirib. Bu effekt hətta şişin xəstə siçandan çıxarılıb, sağlam heyvana köçürülməsindən sonra da saxlanılıb.

Alimlər müəyyən edib ki, metastazların aqressivliyinə səbəb palmitin turşusu olub. Bu palma yağının əsas
komponentidir. Eləcə də digər bitki yağlarında olur.

Bu turşu metastazlara cavabdeh yüzlərlə geni akitvləşdirir.


Alimlər ümid edir ki, bu məsələyə diqqət yetirilsə bir çox xəstələrdə metastazların qarşısı alına bilər.