Sabun, nəm salfetlər, antiseptiklər: zərərli bakteriyaların əlimizdən daha effektiv şəkildə təmizlənməsini təmin edir.
Təkcə virus təhlükəsi zamanı deyil, hər kəs daim barmaqlarının, ovuclarının və dırnaqlarının təmizliyinə əhəmiyyət verməlidir. Şəxsi gigiyena qaydalarına əməl etməklə özünüzü bağırsaq infeksiyaları, soyuqdəymə, qrip və digər problemlərə səbəb olan virus və bakteriyalardan xilas etmiş olursunuz. Hər kəsin öz sınanmış vasitələri var. Biri yalnız paltar sabununa güvənir, ikincisi hər paltarın cibində bir antiseptik sprey şüşəsi saxlayır, digəri ovuclarını daim nəmli salfetka ilə silməklə kifayətlənir.
Hansı gigiyena məhsulları daha təsirlidir?
Paltar sabunu, maye, xiyar və yaşıl çayın ətri olan nəm salfetlər, aerozol antiseptik və təbii ki, ənənəvi dezinfeksiyaedici - spirt: bunlardan hansının zərərli mikroblara daha çox təsiri var?
Unutmamaq lazımdır ki, maksimum təmizlənmə üçün yuyulduqda əllərdən zərgərlik məmulatları, bəzək əşyaları mütləq çıxarılmalıdır.
Antiseptik yalnız quru əllərə tətbiq olunur və ən az 30 saniyə sürtülməlidir!
Antiseptik əllərinizi təmiz saxlamağa kömək edir.
Nəm salfetlər mikroblara qarşı təsirsizdir, hətta bakteriya yaya bilər..
Beləliklə, ev sabunu mikroorqanizmlər üçün o qədər də təhlükəli deyil, yəni əlləri paltar sabunu ilə yusanız, mikroorqanizmlərin sadəcə 20%- i öləcək, digər 80% isə əlin üzərində qalaraq “böyüməyə” davam edəcək.
Mükəmməl bir nəticə, əslində təəccüblü də olsa, ətirli qatı krem sabunu ilə əldə olunur, yəni mikrobların 53%-i ölür. Epidemiya zamanı isə maye sabunlardan istifadə etmək daha məqsədəuyğundur (bir əllə toxunulmuş sabuna ikinci əlin təmas etməməsi üçün).