Paltaryuyan maşınını işə saldığınız zaman burnunuza dəyən turş və küflü qoxunun həlli mətbəxinizdə gizlənir. Servis mütəxəssisinə zəng etməzdən əvvəl sınamalı olduğunuz möcüzəvi üsul...
Medicina.az xəbər verir ki, paltaryuyan maşınların daim su və yuyucu vasitə ilə təmasda olduqları üçün özünü təmizləyən cihazlar olduğu düşünülür.
Lakin vəziyyət gözləniləndən çox fərqlidir. Xüsusilə aşağı temperaturda edilən yumalarda, yuyucu vasitə qalıqları və parça yumşaldıcısının yığılması tədricən maşının görünməyən hissələrində, xüsusən də rezinində və barabanın arxasında bir təbəqə əmələ gətirir.
Bu təbəqə, rütubətli mühitlə birləşərək, pis qoxular yaymağa başlayan bakteriya və kif üçün çoxalma yerinə çevrilir.
Mətbəxinizdə olan bir neçə inqrediyentlə bu pis qoxulardan qurtula bilərsiniz.
Bahalı kimyəvi maddələrə və ya xidmət haqqına çox pul xərcləməyinizə ehtiyac yoxdur. Sizə lazım olan tək şey ağ sirkədir.
Maşınınızın tamamilə boş olduğundan əmin olun. Bir böyük stəkan ağ sirkəni birbaşa yuyucu vasitə bölməsinə tökün.
Maşınınızı ən yüksək temperatur rejimində boş işlədin.
Proqram bitdikdən sonra, içərisini qurutmaq üçün maşının qapısını tamamilə açın.
Yuyulduqdan sonra, barabanın havasının çıxması üçün maşının qapısını ən azı 2 saat açıq saxlayın.
Hər yumadan sonra qapıdakı rezin möhürün içərisində yığılan suyu parça ilə silin. Bu, kif böyüməsinin mərkəzidir.
Daim 30-40 dərəcədə yuyursunuzsa, bakteriyaların böyüməsinin qarşısını almaq üçün dəsmalları və ya çarşafları ayda ən azı bir dəfə 60-90 dərəcədə yuyun.
Aygün
Medicina.az