Pandemiya dövründə yenidoğulmuşların problemi - Nəyə görə körpələr koronavirusdan ölə bilər?

  • 2020.04.10 14:55
  • 2729 Baxış
Pandemiya dövründə yenidoğulmuşların problemi  -  Nəyə görə körpələr koronavirusdan ölə bilər?

Bir çox ölkələrin, eləcə də Rusiyanın Səhiyyə nazirliyi ölkə üzrə bütün doğum evlərinə pandemeya dövründə doğulacaq uşaqları virusdan qorumaq barədə ciddi metodiki tapşırıqlar verib.


Medicina.az xəbər verir ki, artıq Avropa və Amerikada bir çox xəstəxanalarda yenidoğulmuş uşaqların virusa yoluxub, bir neçə günün içində həyatını itirməsi barədə faktlar verilib.

Yenidoğulmuşların immune sistemi ilk 3-5 gündə zəif olduğu üçün dünyaya gəldikdən sonrakı ilk saatlarda virusa yoluxa bilərlər.

Digər infeksiyalara qarşı körpədə anadan keçən immunitet işə düşür, lakin koronavirusa qarşı anada belə immunitet olmadığı üçün körpə sürətlə həyatını itirə bilər.


“Uşaq doğulduqdan sonra anasının immuniteti ilə mübarizə aparır. İlk 3 ayda onun qanında hələ ana bətnində ikən ananın qanından keçən antitellər dövr edir.Ona görə yenidoğulmuşlar 3 aya kimi qızılca, su çiçəyi, hər hansı uşaq infeksiyasına yoluxmur. Əgər yenidoğulan dünyaya gələn kimi koronavirus daşıyıcısı ilə üzləşsə, dərhal yoluxacaq və buna qarşı heç bir müdafiə sistemi olmayacaq” – deyə ekspertlər bildirir.


Virus yenidoğulmuşlarda ürəyi zədələyəndə həyati təhlükə yaranır. Buna görə yenidoğulmuşların hamısı ürəyin USM müayinəsindən keçirilib, kardioqramma olunmalıdır. Bunu mütləq nəzərə almaq lazımdır.
Xüsusən yarımçıq doğulmuşlar, travmalı körpələr, başqa orqan və sistemlərində xəstəlik olanlar sürətlə virusdan ağırlaşa bilərlər.

Körpəyə az sayda tibb işçisi və kənar şəxslər yaxınlaşmalıdır. Yaxşı olar ki, körpələrə də xüsusi qoruyucu maska istifadə olunsun. Körpə günün çox hissəsini anasının yanında olsun və qohumlardan heç kim körpəyə yaxınlaşmasın.


Uşağı yalnız ciddi dezinfeksiya olunmuş ana əlləri yumalı, geyindirməlidir. Körpələrdə koronavirusun inkubasiya dövrü 2-12 gündür. Onlarda virus pnevmoniyası yaranmır, simptomlar az olur, ölüm nadir baş verir,amma mümkündür.