Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq.
Medicina.az xəbər verir ki, Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri peşələr barədə proqnoz verib.
Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq.
Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var.
Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq.
Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq.
Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq.