Papillomaları qurudub tökən dərman bitkisi

  • 13 May 2022 15:19
  • 1771 Baxış
Papillomaları qurudub tökən dərman bitkisi

Dəmrovotunun şirəsindən xalların və dəridə əmələ gələn kiçik ölçülü papillomaların müalicəsində istifadə edilir. Əsasən də kök hissəsinin şirəsinin tərkibində xalların əriməsi üçün lazım olan maddələr mövcuddur.

Dəmrovotunun çiçək və yarpaqlarında 1,87% alkoholid olduğu halda, kökünün şirəsində 4,4% alkoholidlər var. Bu səbəbdən də kökün şirəsinin papillomalara və xallara təsiri daha güclüdür.


Dəmrovotunun qurusunu toz halına gətirdikdən sonra ona vazelin və lanolin əlavə edilir. Bu qarışım plantazan adlanır və ondan dəri vərəmində, psoriazda, dəri xərçəngində, mazollar zamanı istifadə edilir.



Medicina.az xəbər verir ki, qarışım aşağıdakı qaydada hazırlanır:

* dəmrovotu - 10qram;
* vazelin - 10 qram;
* lanolin - 10 qram;
* karbol turşusu - 10 damcı.



Dəmrovotu şiş əleyhinə təsirə malikdir. Onun infarkdan sonra əmələ gələn çapıqları sağaltmaq qabiliyyəti var. Bu məqsədlə 1 xörək qaşığı dəmrovotu termosda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir.



Dəridəki papillomaları təmizləmək üçün dəmrovotu, gicitkən və gülümbahar çiçəyi xırdalanır və qarışdırılır. Br xörək qaşığı qarışım termosda 1 stəkan qaynar suda dəmlənir. Dəmləmədən səhərlər acqarına yarım stəkan içilir. Dəmrovotunun təzə sıxılmış şirəsi ilə dəridə olan kandilomaları, papillomaları, polipləri, mazolları, parodontozu təmizləmək olur. Dəmrov otunun dəmləməsi qaraciyər və öd kisəsi xəstəlikləri zamanı çox faydalıdır.



Düz bağırsağın polipləri zamanı dəmrovotu ilə imalə eləmək poliplərin yox olmasına səbəb olur. Bunun üçün 6-7 damcı dəmrovotu şirəsinə 60 qram su əlavə edilir və imalə tətbiq olunur. Bağırsaqlarda olan polipləri yox etmək üçün isə dəmrov otunun çiçəyi zoğları ilə birlikdə ətçəkən maşından keçirilir və şirəsi sıxılır.


Bir litr dəmrovotu şirəsinə 500 qram araq və ya spirt qatılaraq qarışdırılır. Mədə polipləri zamanı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir. Bir neçə gün sonra isə 1 xörək qaşığı gündə 3 dəfə qəbul edilir.
Sidik kisəsinin xəstəlikləri zamanı 100 qram təzə dəmrovotu xırdalanır və 100 qram arağa qatılaraq soyuq və qaranlıq yerdə 2 həftə saxlanılır. Gündə 3 dəfə 20 damcı yeməkdən əvvəl qəbul edilir.