Papillomavirusların törətdiyi xəstəliklərin müalicəsi - Omeloterapiya Azərbaycanda

  • 2022.08.25 14:06
  • 6996 Baxış
Papillomavirusların törətdiyi xəstəliklərin müalicəsi   - Omeloterapiya Azərbaycanda

Ziyillərdən xərçəngə qədər xəstəlik törədən papilloma virusu nədir və niyə təhlükəlidir?


"Medicina" xəbər verir ki, ağır xəstəliklərə səbəb olan papillomaviruslar 16 cinsdən ibarətdir. Bunlardan əsasən5 cins insan üçün patogendir. Papillomaviruslar dəridə xoşxassəli ziyillər, selikli qişalarda isə genital, oral, konyuktival papillomalar əmələ gətirir. Papillomaviruslar onkogenlik xassəsinə malikdirlər (HPV-16, HPV-18) uşaqlıq boynunda papilloma, displaziya və xərçəng törədir.


Beləliklə, virus müxtəlif formalı ziyillər, papillomalar, kondilomalar şəklində özünü göstərir. Şiş düyünlərdən ibarət olub, gül kələm və ya xoruz pipiyinə bənzəyir. Dəri papilloması həm kiçik (1 mm-dən çox olmayan), həm də kifayət qədər böyük (2 sm-ə qədər) ola bilər. Törəmə əvvəlcə ət rəngində olur, zaman keçdikcə qəhvəyi rəng alır. Ziyillər əsasən boyunda, qasıq büküşlərində, qoltuqaltında, dirsəklərdə, dizlərdə, başda və göz ətrafında yerləşir. Eyni zamanda törəmələr gözə çarpmayan yerlərdə məsələn, uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət orqanlarında ola bilər.


Papillomavirusun bədənə nüfuz etməsi üçün xüsusi şərait lazımdır. İnfeksiya insandan insana birbaşa təmas yolu ilə baş verir. Сinsi əlaqə zamanı ötürülmə daha tez baş verir, çünki qələvi mühit virus üçün faydalıdır və cinsiyyət orqanlarında demək olar ki, həmişə mikro çatlar var.


Məişətdə papilloma virusuna yoluxmaq daha çətindir, lakin xəstə və sağlam insan eyni hamam dəsmalı və s.dən istifadə edərsə, virusun ötürülmə riski var. Ailədə kimsə HPV ilə xəstədirsə, şəxsi gigiyena və ehtiyyat tədbirlərinə ciddi yanaşılmalıdır.
Siqaret, alkoqol, piylənmə, hormonal pozğunluqlar, immunitetin zəifləməsi patoloji prosesi sürətləndirə bilər. Ayrıca cinsi yolla ötürülən digər infeksiyalar (sitomeqalovirus, genital herpes, xlamidiya, sifilis, gonoreya, trichomoniasis) Papillomavirusun destruktiv dəyişikliklər yaratmasını dəstəkləyir.

İnsan papillomavirusu xərçəngin inkişafı üçün risk faktorudur. İlk növbədə - uşaqlıq boynu xərçəngi, eləcə də xarici cinsiyyət orqanlarının xərçəngi.


Ancaq papillomavirusuna yoluxma hər insanda xərçəngə səbəb olmur. Burda virusun tipinin, risk faktorlarının, immun sisteminin mühüm rolu var. Aşağı onkogen riskli viruslar var - bunlar 6, 11, 42, 43, 44 alt tipləridir (daha tez-tez itiuclu törəmə- kandilomalar yaradır). 16, 18, 31, 33 alt tipləri - yüksək onkogen riskə malikdir, yastı papillomalar - ziyillər əmələ gətirir. 16, 18-ci tip viruslar uşaqlıq boynu karsinomasında mühüm rol oynayır. Hansı növ virusa yoluxduğunuzu müəyyən etmək üçün həkimə müraciət etməli və lazımi testlərdən keçməlisiniz.

HPV – uşaqlıq boynunun karsinomasının və onun öncəki mərhələlərinin inkişafında mühüm rol oynayır. Son illər aparılan geniş araşdırmalar təxminən 90% uşaqlıq boynu karsinomasının şiş toxumasında virus DNT-nin olduğunu göstərdi.
İnfeksiyaya yoluxma və xərçəngin əmələ gəlməsi arasında orta hesabla 10-20 il ola bilər. Xərçəng prosesi CIN1, CIN2, CIN3 mərhələlərini keçərək əmələ gəlir.


Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən əlaməti, xüsusən cinsi əlaqədən sonra pis qoxulu axıntı ilə müşayiət olunan anormal vaginal qanaxmadır. Bundan başqa cinsi əlaqə zamanı ağrı, qasıqda, ayaqda ağrı, sidiyə çıxarkən ağrı, qanaxma, defekasiya zamanı ağrı müşahidə oluna bilər.


Erkən mərhələlərdə simptomlar olmaya bilər. Buna görə də erkən diaqnoz üçün PAP smear və HPV testi ilə skriniq çox vacibdir. Anormal PAP smear test sonucu olan və/və ya HPV testi müsbət olduqda kolposkopiya və biopsiya aparılır.

Kişilərdə və qadınlarda xərçəng və genital ziyillərin qarşısını almaq üçün papillomavirusa qarşı peyvənd vacibdir. Həmçinin, peyvəndlər xərçəngdən əvvəlki vəziyyətlərin qarşısını alır. HPV peyvəndi 9 yaşdan 26 yaşa qədər oğlan və qızlara tövsiyə olunur.


Bəzən illərlə orqanizmdə olan HPV virusu, sanki birdən yuxudan oyanır və xəstəlik törədir. Bütün viruslarda olduğu kimi, bu virusun da xəstəlik törədə bilməsində immun sistemin vəziyyəti mühüm rol oynayır. Əksər qadınlarda yoluxan papillomavirus ( HPV) immun sistemi tərəfindən bədəndən təmizlənir. Məhz immunmodulyasiyaedici və digər farmokoloji xüsusiyyətlərinə dayanaraq papillomavirusun törətdiyi müxtəlif xəstəliklərdə və prekanseroz vəziyyətlərdə omeloterapiya müvəffəqiyyətlə istifadə edilir.


Artıq Azərbaycana omeloterapiya məqsədilə ağ omela (viscum album) tərkibli- HELİXOR preparatı gətirilmişdir!

Qeyd edək ki, HELİXOR preparatı avropa ölkələrində onkoloji xəstəliklərin müalicə protokoluna daxildir və tibbi sığorta tərəfindən qarşılanır.


TƏRKİBİ:
HELİXOR A - 1 mq, 5 mq, 20 mq, 50 mq, 100 mq inyeksiya üçün məhlul

Təsiredici maddə: ağ şam üzərində yaşayan ağ öksəotu (Viscum album) (bitki-ekstrakt nisbəti 1:20). Köməkçi maddələr: inyeksiya üçün su, NaCl, natrium hidroksid

HELİXOR M - 1 mq, 5 mq, 20 mq, 50 mq, 100 mq inyeksiya üçün məhlul

Təsiredici maddə: alma ağacı üzərində yaşayan ağ öksəotu (Viscum album) (bitki-ekstrakt nisbəti 1:20). Köməkçi maddələr: inyeksiya üçün su, NaCl, natrium hidroksid



FARMAKOLOJİ TƏSİR:


- immunmoduləedici
• makrofaqların birləşdirilməsi və aktivləşdirilməsi
• iltihabı stimulyasiya edən mediatorların azad olması (TNF-α, IL-1, IL-6),

• faqositar aktivliyin artması (bakterisid effekt)
• eozinofil qranulositlərin artması və aktivləşməsi
• killer-hüceyrələrin aktivliyinin artması

• dərinin dendrit hüceyrələrinin əmələ gəlməsinin və aktivləşməsinin stimulyasiyası
• leykosit sayının artması (ilk növbədə T-helperlərin)

• mediatorların azad olması (γ-interferon, IL-2, beta-endorfin)
• B hüceyrələrin sayının artması

• omelanın lektinlərinə və viskotoksinlərinə qarşı antitellərin əmələ gəlməsi, immunoprotektiv təsir: limfositlərin sitostatiklərin immunosupressiv və genləri məhv edici təsirlərindən qorunma

- şiş əleyhinə
- proliferasiya əleyhinə
- metastaz əleyhinə

- analgetik

- hipotenziv
- antioksidant

- qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır
- iltihab əleyhinə
- virus əleyhinə

Helixor-un farmakoloji xüsusiyyətləri nəzərə alınaraq təkcə virus infeksiyalarında deyil (1), osteoartritlərdə (2), prekanserozlarda (3), onkoloji xəstəliklərdə(4), autoimmun xəstəliklərdə və s. effektiv müalicə məqsədi ilə istifadə olunur.



BÜTÜN BU QEYD ETDİKLƏRİMİZ ÖZÜNÜDİAQNOZ VƏ ÖZÜNÜMÜALİCƏ ÜÇÜN DEYİL! DİAQNOZ VƏ MÜALİCƏ ÜÇÜN HƏKİMİNİZƏ MÜRACİƏT ETMƏK MÜTLƏQDİR!


1. Role of immunomodulatory treatment with Iscador QuS and Intron A of women with CIN1 with concurrent HPV infection https://pubmed.ncbi.nlm.nih.gov/14674116/

2. Viscum album extract (Helixor-M) treatment for thoracic duct injury after modified radical neck dissection: a case report

3. Effect of Helixor A on natural killer cell activity in endometriosis

4. Efficacy and safety of Viscum album extract (Helixor-M) to treat malignant pleural effusion in patients with lung cancer

5. Cytotoxic activity and absence of tumor growth stimulation of standardized mistletoe extracts in human tumor models in vitro

Aygün Musayeva
Medicina.az