Bir neçə ay əvvəl bağlanan Azadlıq Partiyasının sədri Əhməd Oruc insult keçirib.
Medicina.az xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.
Hazırda onun vəziyyəti ağırdır və reanimasiyadadır.
Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib.