Çəngəl və bıçaqlarda pas ləkələrini yox etmək üçün bir neçə sadə üsul açıqlanıb.
Medicina.az xəbər verir ki, pasın əmələ gəlməsi həm gigiyena məsələsidir, həm də qabların ömrünü qısalda bilər.
Mütəxəssislərin fikrincə, bu bezdirici problemin qarşısını almağın asan yolları var.
Bıçaq-çəngəldə pas niyə yaranır?
- Qabyuyan maşında yüksək rütubət
- Keyfiyyətsiz yuyucu vasitənin və ya yaxalayıcının istifadəsi
- Qabyuyan maşında metal təmasının artması
- Nəmə uzun müddət məruz qalma
- Su sərtliyi və kirəc yığılması
Pasın əmələ gəlməsinin qarşısını necə almaq olar?
1. Sirkə və ya limon turşusu ilə təmizləmə
Sirkə və limon turşusu pası təmizləmək üçün ən təsirli təbii üsullardandır. Bu maddələrlə bir parça isladın, paslanmış yeri silin və bir müddət saxlayın. Sonra təmiz su ilə yaxaladıqdan sonra qab-qacaq tez bir zamanda parıltısını bərpa edir.
2. Çörək sodası
Çörək sodası pası həll edən başqa bir təbii maddədir. Pasta əmələ gətirmək üçün bir az su ilə qarışdırılır və paslanmış səthə tətbiq olunur. Bir neçə dəqiqədən sonra süngər və ya fırça ilə təmizlənir.
3. Coca-Cola metodu
Fosfor turşusu tərkibinə görə Coca-Cola pası da həll edə bilər. Qab-qacaqları bir neçə saat Coca-Cola məhlulunda islatmaq pası öz-özünə həll edir.
Aygün
Medicina.az