Bakıda klinikadan oğurluq edilib.
Medicina.az xəbər verir ki, hadisə Hicama Estetik Mərkəzində baş verib.
Mərkəzdə çalışan hicama, hirudoterapiya üzrə mütəxəssis Gülnarə Əliyevanın çantasından pul oğurlanıb.
O, qeyd edib ki, həmin pulu Ümrə ziyarəti üçün ödəyəcəkdi:
"Bu gün pasiyentlərdən biri Ümrə üçün topladığım pulun 3də birini çantamdan götürüb.
Mən bu məsələni Allaha buraxıram. Amma bilin ki, Allahın ədalətinə qalmaq insanın özü üçün daha ağır olur. Bu pul Ümrə niyyəti idi. Dua idi. Halal niyyət idi. Kim götürübsə, hələ gec deyil — "milliön"lə və ya əmanət olaraq kartıma geri yükləsin. Çünki qul haqqı bağışlanmır".
Aygün
Medicina.az