Onikibarmaq bağırsaq xorasında nələr yemək olar – Xüsusi müalicə PƏHİZLƏRİ

  • 2019.09.18 19:16
  • 104021 Baxış
Onikibarmaq bağırsaq xorasında nələr yemək olar –  Xüsusi müalicə PƏHİZLƏRİ
Bağırsaq xorası çox hiyləgər xəstəlikdir. Onu təkcə dərmanlarla tam müalicə etmək çətindir. Çünki zərərli qidalar ora düşdükcə, yaranı daha da aşılayacaq.Ona görə 12 barmaq bağırsaq xorasında mütləq nömrəli müalicə pəhrizlərindən istifadə etməlisiz ki, xəstəlik dərinləşməsin, müalicə effekt versin.

 


Medicina.az bu xəstəliyi olanlar üçün bəzi pəhriz nümunələrini təqdim edir.


-Hər 4 saatdan bir az-az porsiyalarda nəsə atışdırın. Gündə 6-7 dəfə qida qəbulu

-Qidanı bərk yox, əzilmiş və ya sürtgəcdən keçirilmiş yeyin. Meyvə, tərəvəzlərin bərk qabığını soyun

-Tikələr iri olmasın, gec həzm olacaq


-Bütün meyvə-tərəvəz şirələrini su ilə qatın

-Şəkəri bal ilə əvəz edin, bal xoranı sağaldır

-Yeməyiniz qaynar və çox soyuq olmamalıdır

-Xörəyi az duzlayın


-Şoraba, turşu olmaz

-Qızarmış yox, suda və buxarda bişmiş qidalar yeyin

-Qidanız kərə və ya bitki yağı ilə bol olsun


Menyuda icazə verilən qidalar:


-süd, kefir, qaymaq, xama, kəsmik, quru çörək, suxarı, kartof, kök, balqabaq, kabak, pomidor, meyvə kiselləri, kampotlar, itburnu dəmləməsi, yağsız ət, toyuq, hind quşu, yağsız balıq, düyü, qarabaşaq sıyığı


-Olmaz: şirniyyat, kofe, qazlı sular, paxlalılar, kolbasa, turşu, sərt qabıqlı meyvələr, ağ çörək, un məmulatları, konservlər, yağlı balıqlar və s.

 



Pəhriz stolu N1  - 15 gün saxlanılır


Səhər yeməyi: yulaf sıyığı, 50 ml yoqurt, bir stəkan itburnu çayı və ya açıq çay


Saat: 11:00- meyvə püresi, parda omlet, bir stəkan süd


Nahar: Perlova şorbası, ət kotleti parda, qurudulmuş qara çörək, alma püresi, bir stəkan süd


Saat 17:00 – bişmiş yumurta, kisel, mürəbbə çörək


Axşam: Kəsmik, qurudulmuş suxarı


Gecə: 1 stəkan süd


Hər gün 20-25 qr kərə yağı yeyilməlidir

 

 


Onikibarmaq bağırsaq xorasında nələr yemək olar –  Xüsusi müalicə PƏHİZLƏRİ
Onikibarmaq bağırsaq xorasında nələr yemək olar –  Xüsusi müalicə PƏHİZLƏRİ