Əsəb, eləcə də stress və əsəb emosional baxımdan düzgün idarə olunmayanda beyin və bədəndə yığılıb qalır.
Həkimlərin “çox xəstəliklər əsəbdən yaranır” deyimi də öz təsdiqini çoxdan tapıb.
“Medicina” xəbər verir ki, psixoterapevt Vladislava Poroşina stressdən yaranan “Qızıl 7-lik xəstəlikləri"ni açıqlayıb.
"ICD-10-da F4 diaqnozu var: nevrotik, stresslə əlaqəli və somatoform pozğunluqlar. Bura artrit, neyrodermatit, hipertiroidizm, mədə-bağırsaq traktının və duodenumun ülseratif xəstəlikləri daxildir. Buna biz “Qızıl 7-lik” deyirik”.
Poroşinanın fikrincə, psixosomatika “icad edilmiş” xəstəliklər deyil, orqanizmin stressə fizioloji reaksiyalarıdır. Ancaq onun müəyyən bir xəstənin bədənində özünü necə göstərəcəyini proqnozlaşdırmaq mümkün deyil.
"Buna baxmayaraq, bəzi qanunauyğunluqlar var. Məsələn, insan stress keçirir və pis yemək yeyirsə, həzm sistemi sıradan çıxa bilər. Yaxud kimsə stress səbəbindən az yatırsa, ürəkdə ağrılar yarana bilər. Kortizolun normadan artıq olması hormonal balansın pozulmasına, daimi daxili gərginlik əzələ spazmlarına və qıcolmalara səbəb ola bilər".
Aygün Musayeva