Toyuq pəhrizi – Dadlı, faydalı arıqla

  • 2019.09.30 20:27
  • 20713 Baxış
Toyuq pəhrizi –  Dadlı, faydalı arıqla

Toyuqla pəhriz dünyada ən sadə, populyar, effektiv pəhrizdir. Toyuq əti az kaloridir, zülal mənbəyidir, düzgün qəbul edəndə çəkini azaldır. 

Medicina.az toyuq pəhrizinin qaydalarını təqdim edir


Bunun üçün toyuğun döş əti dərisiz istifadə olunmalıdır.  Filedə yağ azdır, karbohidrat yoxdur, ona görə problemli nahiyələrdən çəki sürətlə itəcək


-Toyuq filesini suda, sobada, buxarda bişirə bilərsiz. Yağda qızartmaq olmaz

-Toyuq mütləq göyərti, tərəvəzlərlə birgə yeyilməlidir


-Pəhriz boyu təmiz su için. Eləcə də şəkərsiz qəhvə, yaşıl çay olar. 

-Qaçış və idmanla məşğul olun


-Filedən müxtəlif cür yeməklər hazırlaya bilərsiz

-Dieta 7 gündən artıq saxlanmamalıdır


-Toyuq yanında salatlara zeytun yağı və limon suyu qata bilərsiz

-Gündə 2 dəfə hər dəfə 100 -120 qr toyuq yeyə bilərsiz

-Axşam yeməyi saat 7-ə kimi bitməlidir


-Yatmazdan əvvəl bir stəkan qatıq için

-Dietadan tədricən çıxın: menyuya yavaş –yavaş mal əti, digər qidaları daxil edin

-Şirin meyvə, giləmeyvə, şəkər, çörək, nişasta tərkibli tərəvəzlər olmaz