Çikaqo sakini Cen Billok uzun müddətdir ki, Tarot kartları ilə maraqlanır, lakin bir neçə il əvvəl o, fərqli, daha qəribə bir fala baxma üsulunu araşdırmağa başlayıb. O, pendirə baxaraq, onu “oxumağa” başlayıb.
Medicina.az xəbər verir ki, bu üsul çay yarpaqlarını və ya qəhvə oxumağa bənzəyir, burada hekayə formalar, naxışlar və teksturalar (bu halda pendir parçaları) vasitəsilə açılır.
Şəxsən məsləhətləşmələr təklif edən Jen, müştərilərinə öz pendirlərini seçməyə icazə verir, çünki bu, şəxslə seçilmiş məhsul arasında bir növ fermentativ qarşılıqlı əlaqəni asanlaşdırır.
Hər bir şəxs dörd parça pendir alır və ilk üçü keçmişi, indiki vaxtı və gələcəyi təmsil edir — bu məlumat pendir üzərindəki naxışlardan əldə edilir.
Dördüncü hissə suala cavab vermək və ya problemi həll etmək üçün istifadə olunur. Əlbəttə ki, "pendir cadugəri" kifayət qədər şübhə ilə qarşılaşır, amma o, bunu görməzdən gəlməyə çalışır. O, sadəcə etdiyi işdən zövq alır və inanır.
Aygün Musayeva