Peşəkar futbolçular daha çox demensiyadan əziyyət çəkir

  • 2023.03.29 14:13
  • 1661 Baxış
Peşəkar futbolçular daha çox demensiyadan əziyyət çəkir
Araşdırmalara görə, elit səviyyəli futbolçular arasında demensiyanın inkişaf riski nəzarət qrupuna nisbətən 1,5 dəfə yüksəkdir. Ən çox da idmançılara Alzheymer diaqnozu qoyulur.


“Medicina” xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları 1924-cü ildən 2019-cu ilə qədər İsveçin yüksək divizionunda (Allsvenskan) oynamış 6007 futbolçunun tibbi sənədlərini araşdırıblar. Diqqətli təhlildən sonra tədqiqatçılar belə qənaətə gəliblər ki, peşəkar futbolçuların demansdan əziyyət çəkmə ehtimalı adi insanlardan dəfələrlə çoxdur. İdmançıların riski bir yarım dəfə artır.


Belə ki, tədqiqatçılar 537 kişidə (bu 9%) neyrodegenerativ xəstəliyin inkişaf etdiyini müəyyən ediblər. 56,168 nəfərin daxil olduğu nəzarət qrupu ilə müqayisədə, 3,485 isveçli qocalıq demansından əziyyət çəkdi ki, bu da respondentlərin 6% -ni təşkil edir. Maraqlıdır ki, Alzheimer xəstəliyi (və demansın digər növləri) ən çox peşəkar futbolçularda diaqnoz olunur. Lakin Parkinson xəstəliyi riski, eləcə də ümumi ölüm (40% -ə qarşı 42%) daha aşağı idi.

Alimlər təhlükəli patologiyaların ən çox sahə oyunçularına (hücumçular və müdafiəçilər) təsir etdiyini də müəyyən edə bildilər. Qapıçılar daha az əziyyət çəkirlər. Mütəxəssislər əmindirlər: buna topla başına tez-tez zərbələr günahkardır. Futbolçular topu başı və ya boynu ilə vura, başqa oyunçuya bu şəkildə ötürə bilər. Bununla da beyin sarsıntısı demans riskini artırır.


Baş zədələri özlüyündə çox təhlükəlidir və mütəxəssis məsləhəti olmadan ciddi nəticələrə səbəb ola bilər.

Bir insanın beyin sarsıntısı və ya digər baş zədələri nə qədər çox olarsa, müxtəlif patologiyaların inkişaf riski bir o qədər yüksəkdir. Hətta "əslində zərər verməyən sadə bir zərbə" də zərər verə bilər.

Həkim beyin sarsıntısı diaqnozu qoyur, əgər:

- şüur aydın qaldı, lakin karlıq və ya qarışıqlıq var idi;
- huşun itirilməsi 30 dəqiqədən çox çəkmədi;
- pasiyentdə 1 saatdan az müddətdə posttravmatik amneziya varsa.

Aygün Musayeva