Peyvənd olunanlarda koronavirusun əlamətləri - Həkim açıqladı

  • 2021.10.25 17:12
  • 1766 Baxış
Peyvənd olunanlarda koronavirusun əlamətləri -  Həkim açıqladı
Hazırda vaksin olunmuşlar arasında da yoluxanların çoxluğunu nəzərə alan həkimlər peyvənd edilənlərdə virusun özünəməxsus əlamətlərini açıqlayıb.

Medicina.az xəbər verir ki, Rusiyada baş həkim Aleksey Malinkin vaksinlənmiş xəstəni asqırmağı ilə ayırd etməyin mümkünlüyünü bildirib.

Belə ki, əksər peyvəndli insanlar koronavirusa yoluxan andan əlamətlər üzə çıxana kimi daim asqırırlar. Onlar bunu allergiyaya yozur, lakin koronavirus olma ehtimalı çoxdur.

Həkim bildirib ki, heç bir vaksin yoluxmadan 100% qorumur, bu gün xəstəxanaya daxil olan xəstələrin 10-15%-i peyvənd olunanlardır. Onlaırn arasında ölənlər çox azdır.