Peyvənd orqanizmdə bu reaksiyaları yarada bilər – Baş infeksionist

  • 2021.01.15 18:41
  • 2088 Baxış
Peyvənd orqanizmdə bu reaksiyaları yarada bilər  – Baş infeksionist



Azərbaycan koronavirusa qarşı vaksinasiyaya başlayır, lakin bəzi vətəndaşlar, yumşaq desək, COVID-19 peyvəndini xoş qarşılamırlar. Bəziləri ümumiyyətlə bunun demək olar ki, bütün bəşəriyyətin ölümünə səbəb ola biləcəyinə əmindirlər.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov media.az-a koronavirus peyvəndinin təhlükəsizliyindən danışıb.


“Yeni peyvəndlərin təhlükəsizliyi üç mərhələli klinik sınaqda qiymətləndirilir. Üçüncü test mərhələsinin ilkin nəticələrinə görə, təsdiq olunmuş peyvəndlərin kifayət qədər təhlükəsizliyi məlum olub. Bundan əlavə, kütləvi peyvəndləmə dövründə təhlükəsizlik məsələsi diqqət mərkəzində olacaq, hər bir fərdi hal
nəzərə alınacaq.


Peyvənd zamanı yüngül lokal və ümumi reaksiyalar ola bilər. Birincisi, inyeksiya yerində mümkün ağrı, qızartı, şişkinlikdir. Ümumi reaksiyalar- hərarət, halsızlıq, zəiflik, əzələ ağrısı və sairdir. Heç biri həyati təhlükə yaratmır və çox tez keçir.


Ən təhlükəlisi isə peyvəndə və onun tərkib hissələrinə mümkün allergik (anafilaktik) reaksiya ola bilər. Ancaq bu, çox nadir hallarda olur. Bu baş verərsə, peyvənd edən tibbi heyət dərhal ilk tibbi yardımı göstərəcək”.