Pfizer kovidə qarşı profilaktik tabletlər buraxır - Yoluxmadan öncə içilir

  • 2021.09.30 17:30
  • 2291 Baxış
 Pfizer kovidə qarşı profilaktik tabletlər buraxır -  Yoluxmadan öncə içilir
Pfizer kompaniyası kovidə qarşı yeni, profilaktik dərmanın klinik sınaq fazasını sürətləndirib, başa çatdırmaq qərarı alıb.

Bu tabletləri yoluxmağa şübhəsi olanlar, xəstə ilə ünsiyyətdə olanlar dərhal içib, xəstələnməyin qarşısını ala biləcək.

Medicina.az xəbər verir ki, bu dərman güclü proteaza ingibitoru olacaq.

Belə ki, virusun bədənə düşməsini əngəlləyəcək, düşsə belə, ilk günlərdə onun yayılmasının qarşısını alacaq.