Pis qan dövranının 5 əlamati - 40 yaşdan yuxarıların diqqətinə

  • 2022.09.14 14:01
  • 1792 Baxış
Pis qan dövranının 5 əlamati  - 40 yaşdan yuxarıların diqqətinə



Bədəndən ayaqdan başa kimi pis qan dövranı 40 yaşdan sonra insanı sürətlə qocaldan əsas səbəblərdən və simptomlardan biridir.


"Medicina" xəbər verir ki, fizioterapevt Krus Tatt hər kəsin qan dövranının vəziyyətindən xəbərdar olmalı olduğunu bildirib.


"Qan dövranının pozulması təkcə yaş dəyişikliyi yox, eləcə diabet, ürək-damar problemi və damar xəstəliklərində ola bilər.

Onu müalicə etmədikd öz-özünə həll olan deyil. Əvəzində qısa müddətdə tromb, tromboz, infarkt, insult, xoralara səbəb ola bilər.

Pis qan dövranının əlamətləri bunlardır.

- Ayaqlarda sanki iynə batırma hissi.

- Soyuq əllər və ayaqlar - qan dövranı aşağı düşdükdə periferik zonalar daha soyuq olur

- Ödem, şişkinlik - əllər, ovuclar, ayaqlar şişir

- Əzələ spazmı, oynaqlarda ağrılar, ayaqlarda ağrılar - ən birinci səbəblərdən biri qan dövranı pozulmasıdır.

- Dərinin rənginin dəyişməsi - göyərmiş, ağarmış rəng alır. Əllərin barmaqlarına diqqət yetirin. Eləcə də dodaqlar göyərmiş olur.

Əgər bu əlamətlər varsa, siz kardioloq, nevroloqa müraciət etməlisiz.

Aygün Musayeva



Pis qan dövranının 5 əlamati  - 40 yaşdan yuxarıların diqqətinə