Pivəni düzgün içməyin 6 qaydası

  • 2023.06.05 15:08
  • 3393 Baxış
Pivəni düzgün içməyin      6 qaydası
Pivə üzrə kitabların müəllifi Qirek Ober pivəni düzgün içməyin təlimatını açıqlayıb.


Əgər bunlara əməl etsəniz, bu alkoqollu içkini orqanizm daha asan və problemsiz həll edəcək.

“Medicina” xəbər verir ki, pivə içənlər əsas bu 6 şərtə əməl etməlidir.


1. Mütləq qəlyanaltı (zakuska) ilə için. Çünki qida mədə divarını örtür və qanda alkoqolun kəskin artmasının və sərxoşluğun qarşısını alır.

2. Su için.
Alkoqol böyrəklərə neqativ təsir edir, sidiyi qovur, ona görə orqanizm susuzlaşır. Pivənin miqdarından asılı olmayaraq, ən kiçik doza belə mayeni qovacaq. Pivə içdiyiniz gün müntəzəm adi su qəbul edin

3. Pivə içməyi yarım saat əvvəldən dayandırın.

Çoxu bilir ki, həmişə sonuncu qədəh artıq olur və məhz bundna sonra beyin dumanlanır. Özünüzü gülünc yerə qoymamaq üçün vaxtında dayanmaq lazımdır. Vəziyyətə nəzarət stop deməzdən yarım saat əvvəldir. Çünki beyinə mədəyə düşən alkoqolu həll etməyə vaxt lazımdır. Bu isə sonuncu qədəhdən yarım saat əvvəldir.

4. Tünd içki və pivələri gecə saatlarına saxlamayın. Əksinə tünd pivəni öncə, yüngül növləri isə axırda için.

5. Spirt qoxusu verən pivədən uzaq durun.

Etil spirti güclü, kəskin qoxusu ilə seçilmir. Amma o maya ilə reaksiyadan kəskin qoxu verə bilər. Spirt iyi verən pivədən sonra səhər həzm pozuntusu və güclü baş ağrısı keçirə bilərsiz.

6. 3 gün fasilə verin.

Əgər siz yağlı, duzlu qəlyanaltılar, spirtli içki və pivə ilə zəngin bir gecə keçirmisizsə, qaraciyərə vaxt vermək lazımdır ki, alkoqolu bədəndən çıxarsın. Ona görə sabahı 3 gün ərzində bitki çayları, adi su və yağsız qidalar, meyvə-tərəvəz seçin.
Bununla qaraciyəriniz sizə təşəkkür edər.


Aygün Musayeva