"Pizza Time” restoranında kütləvi zəhərlənənlərin son durumu

  • 2026.04.08 11:41
  • 231 Baxış
"Pizza Time” restoranında kütləvi zəhərlənənlərin  son durumu

07.04.2026-cı il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Medicina.az -a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.