PLAZMAFAREZ nədir?- Orqanizmi zəhər və toksinlərdən təmizləyirmi?

  • 2020.05.22 16:04
  • 11301 Baxış
PLAZMAFAREZ nədir? - Orqanizmi zəhər və toksinlərdən təmizləyirmi?

Plazmafarez orqanizmi toksiki zərərli maddələrdən təmizləyən müalicə metodudur.


Plazma – qanın maye hissəsi, farez- ayrılma deməkdir. Plazmafarez zamanı qan 2 hissəyə ayrılır. Tərkibində toksiki maddələr, dərman konsentrasiyası, şlaklar, qeyri-normal maddələr mübadiləsinin son məhsulları olan plazma ayrılaraq atılır. Eritrosit, leykosit, trombositlərdən ibarət sağlam qan kütləsi NaCl məhlulu ilə durulaşdırılaraq yenidən bədənə qaytarılır.


I seansdan sonra dövr edən qanda, II seansdan sonra hüceyrəarası mayedə, III sensdan sonra hüceyrə səviyyəsində təmizlənmə prosesi baş verir.

Plazmafarez kimlərə göstərişdir:


-Allergik xəstələrə

-Bronxial astma

-Kəskin və xroniki intoksikasiyalar

-Dəri-zöhrəvi xəstəliklər

-Onkoloji xəstəliklərin erkən dövrü

-Ürəyin işemik xəstəlikləri

-Endokrin xəstəliklər

-Sinir sistemi xəstəlikləri

-Hepatitlər, şəkərli diabet, qlomerulinefrit

-Autoimmun xəstəliklər