Poliklinikalarda elektron növbə konsepti fəaliyyətə başlayıb

  • 2025.10.27 12:30
  • 184 Baxış
Poliklinikalarda elektron növbə konsepti fəaliyyətə başlayıb

Hazırda Azərbaycanda poliklinikalarda elektron növbə ilə bağlı işlər aparılır.

Medicina.az xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bu yaxınlarda bir çox tibb müəssisələrində elektron növbə konsepti fəaliyyətə başlayıb.

“Tədricən bu layihə bütün ölkəni əhatə edəcək”.