Polis bu uşağın valideynlərini axtarır

  • 2025.11.02 15:00
  • 306 Baxış
Polis bu uşağın valideynlərini  axtarır

Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan uşaq tapılıb.

DİN-dən Medicina.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən azyaşlı xəstəxanaya yerləşdirilib.

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 655-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng etmələri xahiş olunur.