Preddiabetdə olanlar armud yesin

  • 2022.10.06 13:33
  • 2252 Baxış
Preddiabetdə olanlar armud yesin



Armud preddiabet və şəkərin ilkin mərhələsində qanda qlükozanı tənzimləməyə kömək edir.

"Medicina" xəbər verir ki, elmi tədqiqatlar bəzi meyvələrin I və II tip diabetdə əhəmiyyətli rol oynadığını sübut edib.

"Armud diabetin müalicəsində açar rolunu oynayır. O. həm şəkər, həm də yüksək təzyiqlə mübarizə aparır.

Əgər biz hər gün qabığı ilə birgə 2 armud yesək, bu diabet üzərində potensial nəzarətdir.

Belə yanaşma xəstələrin çoxsaylı dərmandan asılılığını da azaldar və preddiabetdə olan insanların diabetə keçmə mərhələsini uzadar.

Şəkər əleyhinə dərmanların bədənə əks təsirləri də az deyil.

Alimlər armudun təzyiq xəstələrinə də faydalı olduğunu sübut edib.

Aygün Musayeva