Prezident tanınmış kardioloqu təltif etdi

  • 2024.03.19 15:24
  • 1677 Baxış
Prezident tanınmış  kardioloqu  təltif etdi


C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.


Mediçina.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Təltif olunması ilə bağlı təəssüratlarını saytımızla bölüşən T.Cahangirov bildirib ki, Prezident İlham Əliyevin dövlətə və vətənə sədaqətlə xidmət edən, ictimai-siyasi və elmi fəaliyyət göstərən insanları dəyərləndirməsi, onlara göstərdiyi diqqət və qayğı əvəzsizdir:

"Mənim fəaliyyətimə verdiyi çox yüksək dəyərə, məni bu medala layiq bildiyinə görə Cənab Prezidentə səmimi təşəkkürlərimi çatdırıram. Bu yüksək mükafatın məsuliyyətini dərk edirəm və bundan sonra da Heydər Əliyevin ideyalarına, Prezidentin siyasi kursuna sadiq olacaq, göstərilən yüksək etimadı doğrultmağa çalışacağam".

Aygün M