Türkiyəli prof. Dr. Oytun Erbaş yaşıl kartofun zəhərli və hətta ölümcül ola biləcəyini vurğulayıb.
Medicina.az xəbər verir ki, dr. Oytun Erbaşın qida zəhərlənməsi ilə bağlı xəbərdarlıqları diqqət çəkib.
Erbaş, xüsusilə yaşıl kartofun tərkibində yüksək miqdarda zəhərli maddə olan "solanin" olduğunu bildirərək, bunun yalnız ürəkbulanma, qusma və ishal kimi simptomlara səbəb olmadığını, hətta həddindən artıq çox yeyildikdə ölümcül nəticələrə də səbəb ola biləcəyini vurğulayıb.
"Kartof yaşıllaşmağa başlayanda solanin adlı toksin toplayır. Bu toksin, zəhərdir, ölümcüldür. Onu kiçik uşaqlara və ya yaşlılara verdikdə risk ikiqat artır".
Mütəxəssis bildirib ki, rəngi dəyişməyə başlayan qabıqlı kartof qətiliklə istehlak edilməməlidir.
Aygün
Medicina.az