Pul problemləri beyni vaxtından əvvəl qocalda bilər

  • 2026.07.24 15:53
  • 303 Baxış
Pul problemləri beyni vaxtından əvvəl qocalda bilər

Maddi çətinliklər insan beyninin yaşlanma prosesini sürətləndirə bilər. Alimlərin apardığı araşdırmaya görə, uzunmüddətli maliyyə stressi beyin sağlamlığına mənfi təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, davamlı pul qayğıları stress səviyyəsini artırır, bu isə yaddaş, diqqət və digər koqnitiv funksiyalara təsir edə bilər.

Araşdırmada maddi sıxıntı yaşayan insanlarda beyin fəaliyyətinin bəzi göstəricilərinin daha yaşlı şəxslərdə müşahidə olunan dəyişikliklərə bənzədiyi qeyd olunub.

Mütəxəssislərin fikrincə, maliyyə problemləri ilə yanaşı, yuxusuzluq, narahatlıq və xroniki stress də beyin sağlamlığında mühüm rol oynayır.

Xanım,
Medicina.az