Putin azərbaycanlı onkoloqu təltif etdi

  • 2024.02.07 16:12
  • 637 Baxış
Putin azərbaycanlı onkoloqu  təltif etdi

Rusiya Prezidenti məşhur onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Bağır Əliyevi “Dostluq” ordeni ilə təltif edib.



"Medicina" AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya elminin inkişafına verdiyi böyük töhfəyə, çoxillik səmərəli fəaliyyətinə görə və Rusiya Elmlər Akademiyasının yaradılmasının 300 illiyi ilə əlaqədar olaraq Məmməd Bağır Əliyev “Dostluq” ordeni ilə təltif olunur.


Azərbaycan diasporunun Rusiyada məşhur nümayəndəsi Məmməd Bağır Əliyev – həkim-onkoloq, Rusiya Elmlər Akademiyası, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru, RF Dövlət mükafatı laureatı, bu ölkənin Əməkdar elm xadimidir.


AYgün