Rusiya Prezidenti Vladimir Putin illik tam tibbi müayinəsinin nəticələrini açıqlayıb: “Analizlər, nəticələr yaxşı idi”.
Medicina.az xəbər verir ki, Rusiya lideri süni intellektin gündəlik problemlərin həllində roluna həsr olunmuş sərgidə sağlamlığından bəhs edib.
"Allaha şükür, hər şey yaxşıdır", - Putin deyib.
Prezidentin sözlərinə görə, müayinə təxminən iki gün çəkib. O, klinikaya günortadan sonra gəlib və ertəsi gün oradan çıxıb.
Prezident vurğulayıb ki, belə bir müayinədən cəmi bir neçə dəqiqə ərzində keçmək ideal olardı.
Söhbət zamanı Putin həmçinin bir neçə il əvvəl ona az qala eynək yazdıran bir oftalmoloqa baş çəkməsi ilə bağlı bir hekayəni də bölüşüb. Lakin Putin onlardan imtina etmək qərarına gəlib və qeyd edib ki, hələ də eynəksiz sərbəst oxuya bilir.
Aygün Musayeva