Putin koronaviruslu xəstələrin olduğu xəstəxanaya getdi – FOTO-VİDEO

  • 2020.03.25 13:44
  • 2670 Baxış
Putin koronaviruslu xəstələrin olduğu xəstəxanaya getdi  –    FOTO-VİDEO





Rusiya prezidenti Vladimir Putin Moskva ətrafında yerləşən, koronaviruslu xəstələrin müalicə aldığı Kommunarka xəstəxanasına qəfil baş çəkib.

Medicina.az xəbər verir ki, tibbi personal və xəstələr üçün gözlənilməz olan bu ziyarət səs-küy yaradıb.

Putin xəstələrə baş çəkməzdən öncə sarı rəngli mühafizə kostyumu, xüsusi respirator geyinib.

O, koronavirus şübhəsi ilə karantinə alınmış və xəstəliyi təsdiq olunaraq müalicə alan xəstələrin palatalarına girib.

Prezident qeyd edib ki, o, həkimlərin bu cəbhə postlarında necə döyüşdüyünə şəxsən baxmaq üçün gəlib.

“Bu mövzuda belə hərbi sözlər işlətmək istəməzdim, amma indiki vəziyyət bunu deməyə əsas verir. Həqiqətən burda tibb işçiləri, həkimlər hərbçilər kimi saat dəqiqliyi ilə işləyir. Hiss etdim ki, insanlar işini bilir”.

Putun xəstəxananın baş həkimi Denis Nikolayeviçə təşəkkürünü bildirib.


Qeyd olunub ki, xəstələrlə görüş çox qısa çəkib, 15 saniyə ərzində palatada qalan Putin xəstələrlə əllə görüşməyib.