Putin növbəti dəfə ata olmağa hazırlaşır - Kəşfiyyat mənbələri

  • 2022.05.09 17:35
  • 2459 Baxış
Putin növbəti dəfə ata olmağa hazırlaşır   - Kəşfiyyat mənbələri


Rusiya prezidenti Vladimir Putinin yenidən ata olmağa hazırlaşdığı iddia edilib.

Medicina.az xəbər verir ki, eks rus kəşfiyyatçısının idarə etdiyi “General SVR” xəbər kanalı sanksiya siyahısında olan gimnast Kabayevanın üçüncü uşağa hamilə olduğu barədə sensasion informasiya yayıb.


69 yaşlı Rusiya lideri ilə 2008-ci ildən münasibətdə olan 38 yaşlı Kabayevanın artıq Putindən iki övladının olması ilə bağlı iddialar uzun müddətdir ki, səslənir.


İddialara görə, Putin və Kabayevanın ilk oğlu 2015-ci ildə İsveçrədə, ikinci oğlu isə 2019-cu ildə Moskvada dünyaya gəlib. Bir müddət deputat olan Kabayevanın Putinə yaxınlığı sayəsində böyük sərvətə sahib olduğu və İsveçrədə yaşadığı bildirilir.