Qaynadılmış yumurtanın qabığını soyarkən ağ hissənin parçalanması ilə qarşılaşanlar üçün sadə üsul təqdim olunub.
Medicina.az xəbər verir ki, əsas məqam yumurtanı bişirdikdən dərhal sonra soyuq suya salmaqdır.
Temperatur fərqi qabığın yumurtanın iç hissəsindən ayrılmasına kömək edir və soyma prosesini asanlaşdırır.
Bunun üçün əvvəlcə isti yumurtalar buzlu suya qoyulur. Daha sonra yumurtanın hər iki ucu yüngülcə sındırılır, səthdə yuvarlanaraq qabıq çatladılır və geniş hissədən başlayaraq soyulur.
Qeyd olunur ki, yumurtanın təzəliyi də mühüm rol oynayır. Bir qədər əvvəl alınmış yumurtalar bəzən daha çətin soyulur, bir neçə gün saxlanılan yumurtaların qabığı isə daha rahat ayrılır.
Xanım,
Medicina.az