"Qaçqınkom”un vəzifəli əməkdaşı vəfat etdi - FOTO

  • 2025.10.27 13:46
  • 335 Baxış
"Qaçqınkom”un vəzifəli əməkdaşı vəfat etdi -  FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Salahova dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, onun xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, S. Salahova Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.