Qadın 2 fərqli kişidən əkizlər dünyaya gətirdi - Kuryoz olay

  • 2022.09.09 16:01
  • 2147 Baxış
Qadın 2 fərqli kişidən əkizlər dünyaya gətirdi  - Kuryoz olay


Braziliyada 19 yaşlı qadının dünyaya gətirdiyi əkizlərin ataları fərqli kişilər olub.


"Medicina" xəbər verir ki, qadın eyni vaxtda 2 fərqli insanla görüşüb, ona görə uşağın kimdən olduğunu dəqiq bilməyib.

Körpələrinin atasının kim olduğunu bilmək üçün doğumdan sonra DNT testinin nəticəsi həm qadını, həm həkimləri şoka salıb.

Uşaqların hər birinin atası fərqli çıxıb.

Həkimlər tibdə belə halın milyonda bir baş verdiyini bildirib.

"İki yumurtahüceyrənin fərqli spermlər tərəfindən mayalanması mümkündür.

Körpələr fərqli plasentada böyüyür, eyni ana geni, fərqli ata geni daşıyırlar".


Aygün Musayeva