İngiltərənin Oksford şəhərində yaşayan qadın partnyorunun öldüyü barədə heç kimə məlumat verməyib.
Medicina.az xəbər verir ki, Conun ölümünü gizlədən 61 yaşlı Salli Smitson dostlarına ya evdən iş üçün çıxdığını, ya da xəstəxanaya yerləşdirildiyini deyib.
Bundan əlavə, Salli dəfələrlə təmizlik görüşlərini ləğv edib ki, bu da təmizlikçinin şübhələrini artırıb. Polis işlə maraqlandıqda şok bir həqiqəti aşkar edib. Ölən Con hələ də yataq otağının döşəməsində uzanmışdı. Ölümdən üç həftə keçmişdi və cəsədi çürüməyə başlamışdı. Salli isə cəsədlə yan-yana yaşamaqla kifayətlənməyib, həm də həmin otaqda yatırdı.
Qadının vəkili məhkəmədə müvəkkilinin dərin peşman olduğunu bildirib. O, sadəcə partnyorunun ölümündən sonra panikaya düşüb.
Hakimin peşmançılığı nə qədər nəzərə aldığı bəlli deyil, lakin Salli sonda cəsədin qanuni dəfn edilməsinə mane olduğuna görə 14 ay həbs cəzası alıb.
Aygün Musayeva