Qadın aptekə hücum etdi, dərmanları oğurladı

  • 2026.07.29 22:36
  • 206 Baxış
Qadın aptekə hücum etdi,  dərmanları oğurladı

Türkiyədə Mersinin Mezitli rayonunda şok soyğunçuluq hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, Mersinin Mezitli rayonunda film səhnəsini xatırladan soyğunçuluq və zorakılıq hadisəsi baş verib. Taksi ilə aptekə gələn qadın şübhəli, sahibinə hücum edib və sonra rəflərdən dərmanları oğurlayıb, yoxa çıxıb.

Polis bölməsində dindirilməsi və prosedurları tamamlanan şübhəli E.T. geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasına köçürülüb. Növbətçi məhkəmə tərəfindən həbs edilən qadın soyğunçu həbsxanaya göndərilib.

Aygün
Medicina.az